Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:39

İntiqam Əliyevin qızı prokurorluqda dindirilib


-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Əliyeva sentyabrın 23-də Baş Prokurorluqda dindirilib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Nərmin Əliyevanın dediyinə görə, o, şahid qismində ifadə verib:

«Qardaşımı və məni çağırmışdılar, ancaq məni dindirdilər. Qardaşıma dedilər ki, 1-2 günə onu da dindirəcəklər. Mən İntiqam Əliyev və digər QHT rəhbərlərinin işi ilə bağlı dindirildim. Suallara cavab verdim. İstintaq sirri olduğundan geniş məlumat verə bilmirəm».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» təşkilatı hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu «vicdan məhbusu» hesab edir.

XS
SM
MD
LG