Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 06:06

ABŞ və 5 ərəb ölkəsi Suriyada İD mövqelərinə zərbələrə başladı


ABŞ və bir neçə ərəb ölkəsi Suriyada İslam Dövləti yaraqlılarının mövqelərinə zərbələrə başlayıblar. Pentaqon bildirir ki, həmin ərəb ölkələri İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, və Birləşmiş Ərəb Əmirlikləridir. ABŞ qırıcı və bombardmançı təyyarələrlə, idarə olunan pilotsuz təyyarələrlə, Tomahawk raketləri ilə 14 zərbə endirib.

ABŞ-ın Qırmızı dənizdəki və Şimali Ərəb Körfəzindəki gəmilərindən ümumilikdə 47 Tomahawk raketi atılıb.

Pentaqonun bəyanatında deyilir ki, hədəflər məşq –təlim mərkəzləri, qərargahlar, anbarlar, maliyyə mərkəzləri, təchizat maşınları olub.

XS
SM
MD
LG