Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:22

Rusiya Cənubi Afrika ilə nüvə enerjisi sazişi imzalayıb


Rusiya və Cənubi Afrika bir neçə milyard dollarlıq nüvə enerjisi sazişi imzalayıblar. Saziş çərçivəsində Rusiya texnologiyası əsasında reaktorlar tikiləcək. Saziş sentyabrın 22-də Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransı çərçivəsində imzalanıb.

Rusiyanın atom enerjisi əməkdaşlığı təşkilatı Rosatom-un baş direktoru Sergei Kirienko deyib ki, saziş nəticəsində 2023-cü ilədək Cənubi Afrikaya səkkiz nüvə reaktoru veriləcək.

Rusiya həmçinin Cənubi Afrikada infrastrukturun qurulmasına yardım edəcək, yerli mütəxəssislər Rusiya universitetlərində təlim keçəcək.

XS
SM
MD
LG