Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 00:45

Makarevichin Peterburqdakı konserti də ləğv olundu


Russia -- Andrey Makarevich, singer, song writer, 04Okt2007

Rusiyanın rok musiqiçisi Andrey Makarevich Moskvanın Ukrayna siyasətini tənqid edəndən sonra onun Sankt Peterburqda konserti ləğv olunub.

Makarevich jazzmen İldar Kazakhanovla birlikdə sentyabrın 28-də Jagger Club-da konsert verməli idi. Ancaq indi klub rəhbərliyi bildirir ki, “artist iştirak edə bilmədiyinə görə”, konsert ləğv olunur. Ancaq deyilmir ki, söhbət hansı artistdən gedir.

“Maşina Vremeni” qrupunun solisti Makarevichin konsertləri son günlər dalbadal ləğv olunur.

Makarevich Ukraynada şərq regionundan olan qaçqınlara konsert verəndən sonra Rusiyanın bəzi deputatlar onu “satqın” adlandırdı.

XS
SM
MD
LG