Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

Sevinc Babayevanın olduğu deyilən səs yazısı üzə çıxdı


Sevinc Babayeva
Sevinc Babayeva

-

Sentyabrın 22-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«Yeni Müsavat» qəzetinin redaksiyasına «Mandat alveri» qalmaqalının əsas fiquru, 2012-ci il dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı daxil olub. Təxminən 7 dəqiqəlik səs yazısında S. Babayeva Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev barədə danışır.

«Səs yazısının S. Babayevanın Türkiyədə saxlandığı dönəmə aid olduğu bəlli olur. Belə ki, artıq qalmaqallı videonun yayılması, E. Abdullayevin də bəzi bəyanatları mediaya ötürməsinin izləri bu nitqdə özünü göstərir. Amma «Yeni Müsavat» təxmin edir ki, səs yazısı S. Babayevanın baş vermiş hadisələr barədə söylədiyi böyük bir nitqin xırda parçasıdır. Çünki qəzetimizə göndərilən bu audioyazını dinləyərkən onun girişində, eləcə də sonrasında başqa hissələrin olduğu hiss edilir. Səs yazısından bir hissə:

«Qardaşı Mahir haqda da deyim... O qızla, bu qızla, orda-burda gəzirdi. 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər? Bu, yalnız qardaşının yanına, Elşadın yanına tək, qoşunsuz gəlirdi. Deməli, Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib də. Yalan danışır axı bu. Bəhanə gətirir ki, guya Mətanət İsgəndərli... Mən, vallah, Mətanət İsgəndərlini tanımıram. Onun həyatında min dənə Mətanət İsgəndərli olub. Başa düşdüz? Min müğənni. Klip çəkdirib onlara. Puluyla da, puluna görə. Gedib konsertlərdə, restoranlarda oturub. Toylara dəvət edirdilər bunu. Dostlaşırdı müğənnilərlə. Bu, elə bil ki, müğənni olmalıymış. Kişi, qadın müğənnilərin sponsoru idi. İncəsənəti sevən adam idi. Xoşu gəlirdi bunun incəsənət adamlarından. Bütün incəsənət adamları onun otağına gəlib-gedib. Hamısı, hamısı...».

«AZƏRBAYCAN SAATI» NİYƏ YAYINLANMIR?

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan tamaşaçılarının yeganə alternativ televiziya layihəsi kimi maraqla izlədiyi «Azərbaycan saatı» proqramı artıq ikinci həftədir ki, verilişlərinə fasilə verib. Bu da tamaşaçılarda təbii suallar yaradıb. Bununla əlaqədar olaraq «Azərbaycan saatı» yazılı açıqlama yayıb:

«Azərbaycan Saatı proqramının aparıcısı Seymur Həzinin həbs edilməsindən sonra proqramın əsas yükü ölkə xaricində olan studiyaların üzərinə düşür. Buna görə də, qısa bir fasilə verib bu texniki problemləri həll etmək lazım gəlir. Bundan əlavə, proqramın yayıldığı kanal və onun tezlikləri ilə bağlı da müəyyən dəyişikliklər ediləcək. Bütün bunlar isə proqramın izləyiciləri üçün daha keyfiyyətli və daha rahat baxış şəraitinin təmin edilməsi üçündür. Ən qısa müddətdə «Azərbaycan saatı» verilişləri bərpa edəcək. Ayın sonuna qədər verilən bu fasilə zəruri yaradıcılıq fasiləsi də sayıla bilər. Buna görə də, izləyicilərimizdən xahiş edirik, ruhdan düşməsinlər. Biz onların sevimli proqramını qırılmağa imkan verməyəcəyik».

BANK KREDİTLƏRİNİN HƏCMİ 370 MİLYON MANATI ÖTÜB

Bu ilin 8 ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70,4 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5 milyard 827,3 milyon manat olub.

Həmin dövr ərzində bank kreditlərinin həcmi 376,8 milyon manata, büdcə vəsaitlərinin həcmi 3 milyard 663,3 milyon manata, büdcədənkənar fondların vəsaitlərin həcmi 225,3 milyon manata, əhalinin şəxsi vəsaitlərinin həcmi 288,8 milyon manata, sair vəsaitlərin həcmi isə 63,8 milyon manata çatıb.

XS
SM
MD
LG