Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:21

Poroshenko deyir ki, Ukrayna özünümüdafiəyə hazır olmalıdır


Petro Poroshenko
Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko deyir ki, rusiyayönlü separatçılarla sülh prosesi alınmasa, Ukrayna özünümüdafiəyə hazır olmalıdır. Ancaq Poroshenko onu da əlavə edib ki, Ukraynanın şərqində münaqişə hərbi yolla həll oluna bilməz.

Sentyabrın 21-də Ukrayna mediasına danışan Poroshenko-nun sözlərinə görə, Donetsk və Luqansk regionlarında döyüşlərdə Ukrayna hərbi texnikasının 65 faizini itirib.

Kiyevlə separatçılar sentyabrın 5-də atəşkəsə razılaşıblar. Saysız pozuntulara baxmayaraq, tərəflər sentyabrın 19-da razılaşıblar ki, artilleriya və digər ağır texnikanı 30 km-lik bufer zonasından kənara çəksinlər.

Ancaq Ukrayna ordusu bildirib ki, təklif olunan bufer zonasını yaratmağa razılaşmayacaq, belə ki, yaraqlılar və rus əsgərləri hökumət qüvvələrinə atəş açmaqda davam edirlər. Moskva isə Ukraynaya əsgər göndərmədiyini deyir.

XS
SM
MD
LG