Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

Ukrayna öz qoşunlarını o vaxt geri çəkəcək ki, Rusiya da öz əsgərlərini geri çəksin


Ukraynanın hərbi sözcüsü bildirib ki, Kiyev Ukraynanın şərqində atəşkəsə tam əməl edilməyənədək qoşunlarını geri çəkməyəcək.

Ukraynanın Milli təhlükəsizlik və Mudafiə şurasının sözcüsü Andriy Lysenko sentyabrın 21-də bildirib ki, atəşkəsə baxmayaraq ötən gün 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

O bildirib ki, Ukraynanın öz qoşunlarını geri çəkməsi Rusiyanın öz qoşunlarını geri çəkməsi ilə eyni vaxtda ola bilər.

Rusiya Ukraynada qoşunlarının olmasını inkar edir.

Lysenko bildirir ki, sentyabrın 20-də üsyançılar Ukrayna qüvvələrinə 22 yerdə atəş açıb.

Sentyabrın 20-də Minskdə əldə olunmuş razılaşmaya görə cəbhə xəttində bufer zonası yaradılmalı, tərəflər öz ağır silahlarını geri çəkməlidir.

XS
SM
MD
LG