Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Qahirədə Xarici işlər nazirliyi binası yanında partlayışda 2 polis zabiti ölüb


Misir xarici İşlər nazirliyinin yaxınlığındakı partlayış nəticəsində 2 polis zabiti ölüb, bir neçə polis və mülki şəxs yaralanıb.

Rəsmilər yaralıların vəziyyətini ağır olduğunu bildirir.

Partlayışa görə məsuliyyəti heç bir quruplaşma üzərinə götürməyib. Daxili İləşr Naziri bildirib ki, bu, Qahirədə son 3 ayda baş verən ən güclü bombalı hücumdur.

Misir 2013-cü ildə Muhammad Morsinin devrilməsi və Müsəlman Qardaşları hərəkatının çökdürülməsindən sonra İslamçıların hücumları artıb.

Eyni vaxtda, Morsini dəstəklərən nümaişlər vaxtı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 1000-dən çox adam ölüb.

XS
SM
MD
LG