Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:41

-

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına «facebook» profilində cavab verib.

O, Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukovych-in evinin şəkillərini paylaşaraq yazıb ki, «kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukovych-in evinə baxsın».

Hazırda ABŞ-da olan Saakashvili növbəti statusunda yazıb: «Mən ev tikdim – Gürcüstanı və onlar buna həbs qoydular».

Tbilisi şəhər Məhkəməsi Saakashvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG