Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

«Diktatorlar gəlir və gedir. AzadlıqRadiosu qalır»


Arseniy Yatsenyuk
Arseniy Yatsenyuk

-

«İmperiyalar dağılır, divarlar yıxılır, diktatorlar gedir, amma AzadlıqRadiosu qalır və qalacaq».

Bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk Azadlıq Radiosunun Ukrayna xidmətinin yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

O, diplomatların, deputatların və jurnalistlərin iştirak etdiyi məclisdə AzadlıqRadiosuna həqiqətləri söylədiyinə görə təşəkkür edib:

«Hamımız AzadlıqRadiosuna qulaq asaq və azad insan olaq».

Ukrayna prezidenti Petro Poroshenko hazırda ABŞ-da olduğundan o, Ukrayna xidmətinə öz təbrik məktubunu göndərib. Prezident yazıb ki, «müasir Ukrayna siyasətçilərinin nəsli sizin proqramları dinləyərək böyüyüblər».

Kiyev meri Vitali Klitschko da mərasimə qatılan rəsmilər arasında olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG