Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:41

Fransa İslam Dövləti yaraqlılarının mövqelərini bombalayıb


Foto arxiv
Foto arxiv

Fransanın hərbi hava qüvvələri İraqdakı İslam Dövləti yaraqlılarının mövqelərinə ilk zərbələri endirib.

Fransa Prezident Administrasiyasından verilən məlumata görə, nəticədə İraqın Şərqində yaraqlılara məxsus silah və sursat anbarları dağıdılıb.

Yaxın günlərdə zərbələrin davam etdiriləcəyi gözlənilir.

Fransa bu mübarizədə ABŞ-ın rəhbərlik etdiyi missiyaya qoşulan ilk ölkədir.

Fransa həmçinin yaraqlılara qarşı mübarizə aparan kürd birləşmələrinə silah göndərib.

XS
SM
MD
LG