Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Fövqəladə vəziyyətdə Rusiyanı internetdən ayıra bilərlər


France -- A masked hacker, part of the Anonymous group, hacks the presidential Elysee Palace website, 20Jan2012

-

Rusiya hakimiyyəti fövqəladə vəziyyətdə ölkəni internetdən ayırmaq imkanlarını araşdırır. Bu barədə sentyabrın 18-də «Vedomosti» İnternet şirkətlər, mobil operatorlar, qeyri-kommersiya təşkilatları və xüsusi xidmət orqanlarından mənbələrə istinadla yazır.

İnternetdə təhlükəsizlik məsələsi ola bilsin bazar ertəsi Rusiya Təhlükəsizlik Şurasının iclasında, prezident Vladimir Putinin iştirakı ilə müzakirə olunsun.

Məlumata görə, operatorlara göstəriş verə bilərlər ki, fövqəladə vəziyyət, məsələn, hərbi əməliyyatlar və ölkədə etirazlar vaxtı İnternetin Rusiya seqmentini dünyadan təcrid etmək üçün avadanlıq quraşdırsınlar.

XS
SM
MD
LG