Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

Avropa Parlamentinin ECR qrupu Azərbaycanda təqiblərə dərhal son qoyulmasını tələb edir


Azərbaycanda insan haqları müdafiəçilərinin təqib olunması ilə bağlı Avropa Parlamentində ECR qrupu adından Charles Tannock Avropa Parlamentinin qərar layihəsini təqdim edib.

Layihədə deyilir ki, Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən dərin narahatdır.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarını, təşkilatlarını, siyasi müxalifəti, jurnalistləri təqib etməyi dayandırmağa çağırır.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini yubanmadan insan haqları sahəsində islahatlar aparmağa, Azərbaycan bu sahədə minimum addımları atmayınca Avropa Komissiyasını Azərbaycanla Strateji Modernləşdirmə Tərəfdaşlığı danışıqlarını aparmamağa çağırır.

Avropa Parlamenti Azərbaycanın demokratiya, ifadə azadlığı öhdəliklərini yadına salır.

Bütün siyasi və vicdan məhbuslarını dərhal azad etməyə çağırır.

Avropa Parlamenti jurnalist İlqar Nəsibova zorakı hücuma görə məsuliyyət daşıyanların, eləcə də Karen Petrosyana işgəncə verib,öldürənlərin cəzalanmasını tələb edir.

Avropa Parlamenti həmçinin Azərbaycan hakimiyyətini rəqəmsal azadlıqları təmin etməyə çağırır.

ECR qrupu Avropa parlamentinin mühafizəkarlar və islahatçılar qrupudur. Sayına görə, 3-cü ən böyük qrupdur.

XS
SM
MD
LG