Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Kinoda açıq-saçıqlıq bu filmlərdən başlandı (Video, 1896)


"Baldan sonra" filmindən kadr
"Baldan sonra" filmindən kadr

-

Rejissorlar indi milyonlar qazana bilirlər, 19-cu əsrdə - kino yenicə yarananda isə ən ciddi rejissorlar da dolanışıq üçün qısa erotik filmlər çəkib satırdılar.

Biri elə kino tarixinin ən parlaq simalarından olmuş fransız rejissor Georges Méliès.

Onun “Aya səyahət” filmi (1902) fantastika janrının klassikası sayılır. 2011-ci ildə Hollywood-da Méliès haqda film də çəkilib - "Hugo" (rej: Martin Scorsese)

Méliès-in 1897-ci ildə çəkdiyi “Baldan sonra” filmi isə ilk açıq-saçıq filmlərdən sayılır.

Bu qısa filmdə baldan qayıdan qadının hamamda soyunub yuyunması göstərilir. (Ardı aşağıda)

İndiki erotik filmlərlə müqayisədə “məsum” görünsələr də, o zaman belə filmlərə münasibət heç də yaxşı deyildi.

Amma indi onlar Youtube-a qoyulsa da, silinmir.

Amma “böyüklər üçün” ilk filmi başqa bir fransız rejissor Eugène Pirou çəkib. “Gəlinin yatmaq vaxtı” adlanır (1896). Bu, ilk kinoteatrların açıldığı dövrə təsadüf edir.

Gəlin rolunu kabare striptizçisi Louise Willy oynayır. (Ardı aşağıda)

Eugène Pirou da ciddi rejissor sayılır. O, çarın Parisə səfərini (1897) çəkməsi ilə tanınır.

openculture-ya istinadla Oxu zalı

Həmçinin oxu
Kinoda xüsusi effektlərin "babası"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG