Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 05:00

Taleh Bağırzadə yaxınları ilə görüşə biləcək


Taleh Bağırzadə

-

Ombudsman Aparatının əməkdaşları həbsdə olan ilahiyyatçı-alim Taleh Bağırzadə ilə görüşüblər.

Aparatın mətbuat xidmətinin məlumatına görə, görüşdə Taleh Bağırzadənin müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı şikayəti müzakirə olunub.

Görüş zamanı Taleh Bağırzadə həmçinin bildirib ki, ona iki nəfər yaxını ilə görüşə icazə verilməyib.

Məlumata görə, aparat əməkdaşları Taleh Bağırzadənin həmin şəxslərlə görüşməsinə icazə verilməsini cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə razılaşdırıblar.

Taleh Bağırzadə ötən il martın 31-də 2 il müddətinə həbs edilib. O, qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Özü ittihamı qəbul etmir, hakimiyyəti pislədiyi üçün həbs edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG