Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

"Real" yenə uduzdu


İspaninın "Real" Madrid klubu La Ligada növbəti məğlubiyyətini yaşayıb.

Çempionatın 3-cü turunda kral klubu öz meydanında "Atletico" Madrid-ə 1-2 uduzub.

Ev sahibinin heyətində Cristiano Ronaldo fərqlənib (26-cı dəqiqədə penalti)

"Atletico"da isə qolları Tiago (10) və Arda Turan (76) vurublar.

"Reaı" Madrid bundan əvvəl "Real" Sociedad-a 2-4 məğlub olub. Yalnız "Cordoba"nı 2-0 uda bilib.

"Real" öz tarixində heç vaxt çempionata 2 məğlubiyyətlə başladığı il qalib ola bilməyib.

XS
SM
MD
LG