Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 15:07

Papa 3-cü Dünya Müharibəsi təhlükəsindən danışdı


Papa Francis

Roma papası Francis deyib ki, bəlkə də 3-cü Dünya Müharibəsi artıq başlayıb. İndi dünyada baş verən silahlı münaqişələr isə həmin savaşın “ilkin fraqmentləridir”.

O, bu fikri I Dünya Müharibəsinin 100 illiyi ilə bağlı İtaliyanın ən böyük hərbi məzarlığında nitq söyləyən zaman deyib:

“İnsanlığın ağlamağa ehtiyacı var. İndi ağlamaq zamandır”- deyə Papa Francis bildirib.

"Müharibə ağılsızlıqdır. Sonuncu dünya savaşının uğursuzluğundan sonra, hətta bu gün bu qədər dağıntılar, qırğınlar, cinayətlər baş verir. Bunları görəndə III dünya savaşından da söz açmaq olar. – deyə o əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG