Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

«Ümumi Mədəni İrs Şəhərləri» mövzusunda seminar keçiriləcək


COMCEC
COMCEC

-
Bakıda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi üzrə beynəlxalq seminar sentyabrın 16-dan 18-dək keçiriləcək.

Nazirliyin yaydığı xəbərə görə, layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdən ibarətdir.

Seminar zamanı layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Seminarda iştirakçı ölkələrin ekspertləri, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, bu ölkələrin Azərbaycandakı Səfirliklərinin, Azərbaycanın dövlət və özəl qurumlarının, həmçinin, müvafiq sahələri təmsil edən ekspert, alim, tələbə və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Beynəlxalq tədbir sentyabrın 16-da saat 10:00-da "Qafqaz Point" otelində başlayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG