Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:24

Kerry Səudiyyə Ərəbistanı və Türkiyədə danışıqlar aparır


Yaxın Şərqdə səfərdə olan ABŞ Dövlət katibi John Kerry Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirləri ilə görüşməlidir.

Kerry Yaxın Şərqə İslam Dövləti (İD) yaraqlıları ilə mübarizəyə siyasi, hərbi və maliyyə dəstəyi yaratmaq üçün gedib.

Kerry hava zərbələrinə şərait yaradılmasını və İD-yə gələn maliyyə kanallarını kəsməyi müzakirə edir.

Bir gün əvvəl televiziya ilə çıxışında ABŞ prezidenti Obama ABŞ-ın İraqda və Suriyada İD yaraqlılarına hava zərbələri endirməyə hazırlaşdığını, İD hərbi qruplaşmasını dağıtmağı sürətləndirəcəyini bildirdi.

XS
SM
MD
LG