Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

DİN Qazax sakininin polisdən şikayətinə münasibət bildirib


Arxiv foto
Arxiv foto

-

Daxili İşlər Nazirliyi AzadlıqRadiosunun «Polis sinəmdən təpiklə vurdu, huşumu itirdim» başlıqlı yazı ilə bağlı araşdırma aparıb.

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna göndərdiyi açıqlamada qeyd edib ki, sözügedən yazıda adı çəkilən Seminarist Şərifov «ən azından düz danışmır, uydurduğu məlumatı fakt kimi» təqdim edir:

«Bəs əslində nə baş verib? Polis leytenantı Rəşad Nuri Qazax şəhərinin mərkəzində xidmətdə olarkən dayandığı səkiyə yaxınlaşan avtomobil ona toxunur. Gənc polis zabiti sürücüdən ehtiyatlı və diqqətli olmağı tələb edir. Bu sürücü Seminaristin «xətrinə dəyir» və maşından düşərək polislə mübahisəyə girişir. Az vaxtdan sonra mübahisə bir az da böyüyür və maşından sürücünün qızı da düşür. Ata-bala polis əməkdaşını ictimai yerdə söyüb təhqir edirlər, ünvanına qeyri-etik ifadələr işlədirlər».

Ehsan Zahidov bildirir ki, yaxınlıqdakı polis əməkdaşları olayın böyüməsinin qarşısını alıblar. O, Rəşad Nurinin Seminarist Şərifovu təpiklə vurması ilə bağlı iddiasını da rədd edir, deyir ki, Seminarist Şərifov həkimə müraciət etsə də, onda «heç bir döyülmə, zor əlamətləri aşkar edilməyib».

Seminarist Şərifov olayla bağlı həm Qazax rayon prokurorluğuna, həm də polis şöbəsinə ərizə ilə müraciət edib. DİN rəsmisi polis əməkdaşı Rəşad Nurinin də yazdığı raportu rayon prokurorluğuna təqdim etdiyini deyir. Ehsan Zahidov hazırda araşdırmalar aparıldığını bildirir.

«POLİS SİNƏMDƏN TƏPİKLƏ VURDU, HUŞUMU İTİRDİM»

Qazaxda yaşayış qeydiyyatında olan, ancaq Bakıda yaşayan Seminarist Şərifov AzadlıqRadiosunun «Qaynar xətt»inə deyib ki, maşınını aptekin qarşısında saxladığı zaman polisin kobud rəftarı ilə qarşılaşıb. O iddia edir ki, polis ona fiziki güc tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG