Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:28

Moskvada şübhəli İD yaraqlısı saxlanıb


Arxiv foto
Arxiv foto

-

Rusiya kəşfiyyat agentləri Moskvada İslam Dövləti (İD) ekstremist qrupunun yaraqlısı olmaqda şübhəli bilinən bir nəfəri saxlayıb. Həmin şəxsin Rusiya vətəndaşı olduğu, İD tərəfdən Suriyada döyüşdüyü bildirilir.

Güc strukturundakı mənbə bildirib ki, şübhəli 2013-cü ilin sonu, bu ilin əvvəlində Suriyada olub. O, «qanunsuz silahlı qrupda iştirakda» ittiham olunur və təqsirli bilinsə, 10 illik həbs cəzası ala bilər.

Sentyabrın 3-də İD yaraqlıları Rusiyanın Qafqaz regionunda müharibəyə başlamaqla hədələyən video yayıb.

XS
SM
MD
LG