Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:37

-

Yunanıstan parlamenti “erməni soyqırımı”nı danmağı cinayət hesab edən qanunu qəbul etdi. Bunu asbarez.com Afinadan verdiyi məlumatında yazır.

Yunanıstan belə bir qanunu qəbul etmiş 3-cü Avropa ölkəsi oldu. Bundan əvvəl oxşar qanunu İsveçrə və Slovakiya qəbul edib.

Sentyabrın 9-da qəbul olunan qanun “Ksenofobiya ilə mübarizə” adlanır.

Bu qanunu təklif edənlər bildirirlər ki, nəinki yəhudilərin, həm də ermənilərin və Pont yunanlarının soyqırımını danmaq cinayətdir.

Greekreporter.com yazır ki, bu yeni qanuna görə "Yunanıstan parlamentinin və beynəlxalq məhkəmələrin tanıdığı soyqırımları və insanlıq əleyhinə cinayətləri danmağa görə ağır cərimələr və həbs nəzərdə tutulur".

"Erməni soyqırımı" Yunanıstan parlamentinin tanıdığı soyqırımlar arasındadır. Parlament bunu 1999-cu ildə tanıyıb.

Beləliklə, bundan sonra ictimai yerdə bu soyqırımları dananları ağır cərimələr gözləyir və onlar hətta həbsxanaya düşə bilər.

Yunanıstan parlamentində yeni qanunun lehinə 54, əleyhinə 42 deputat səs verib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG