Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Elmar Məmmədyarov: «Biz Serbiyaya sərmayə yatırırıq»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Sentyabrın 10-da Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan serbiyalı həmkarı Ivica Dacic-i qəbul edib. Nazir Azərbaycan və Serbiya arasında geniş və dərin əməkdaşlıq olduğunu, iki nazirlik arasında məsləhətləşmələr aparıldığını bildirib.

APA-nın məlumatında deyilir ki, Elmar Məmmədyarov daha sonra deyib: «Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik».

Birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: «Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Biz bu məsələni də müzakirə etdik. Serbiyaya sərmayə yatırırıq. Serbiya Azərbaycan qazının Balkanlara nəqlində maraqlıdır. Yaxın gələcəkdə iki ölkə arasında biznes-forum və müştərək komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub».

I. Daсic isə yeni layihələri müzakirə etməli olduqlarını söyləyib: «Azərbaycan və Serbiya arasında dostluq münasibətləri var. İki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində münasibətlər inkişaf edəcək. Siyasi iradə mövcuddur, amma iqtisadi əməkdaşlığımız o qədər də inkişaf etməyib və biz bu inkişafa nail olmaq üçün əlimizdən gələni etməliyik. Biz yeni layihələri müzakirə etməliyik, bu xüsusda Azərbaycan və Serbiya arasında biznes-forumun təşkil olunması zəruridir».

XS
SM
MD
LG