Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

«Əsrin müqaviləsi»nin 20 illiyi münasibətilə müsabiqə elan olundu


Xəzər
Xəzər

-

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə AMEA gənc alimlər üçün müsabiqə elan edib.

AMEA-nın yaydığı xəbərə görə, müsabiqə prezident Akif Əlizadənin
8 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda fəal iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə elan olunub.

Müsabiqədə AMEA-nın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən gənc alimlər yerinə yetirdikləri elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmiş formaya uyğun olaraq elektron variantı ilə birlikdə 2014-cü il sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat İdarəsinə təqdim etməlidirlər.

Müsabiqə Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG