Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:26

Obamanın məhbus mübadiləsi pislənir


Barack Obama

-

ABŞ Nümayəndələr Palatası Prezident Barack Obama-nı beş Taliban liderini Amerika əsgərinə dəyişdirməzdən 30 gün öncə Konqresə bildiriş göndərmədiyinə görə pisləyib. ABŞ əsgəri Bowe Bergdahl bu ilin mayında dəyişdirilib.

Palatanın spikeri John Boehner sentyabrın 9-da yaydığı bəyanatda bildirib:

«Beş Taliban komandirini azadlığa buraxmaqla Obama administrasiyası amerikalıların təhlükəsizliyini azaldıb».

Respublikaçıların üstünlük təşkil etdiyi Palatanın qəbul etdiyi qətnamə Obama administrasiyasını məhbus mübadiləsindən 30 gün öncə bildiriş verməməsini pisləyib.

Bergdahl Talibanın Əfqanıstan münaqişəsində əsir götürdüyü yeganə ABŞ əsgəridir. Onun saxlanma şəraiti hələ də aydın deyil. Bergdahl 5 il əsirlikdə qalıb. Nümayəndələr Palatası da onun Birləşmiş Ştatlara sağ-salamat qayıtmasından məmnunluq bildirib.

XS
SM
MD
LG