Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Fransa İraq konfransı keçirəcək, Kerry Yaxın Şərqdədir


-

Sentyabrın 15-də Paris İraqa dair beynəlxalq konfrans keçirəcək və prezident Francois Hollande sentyabrın 12-də Bağdada gedəcək. Fransa prezidenti ofisinin yaydığı məlumatda deyilir ki, Hollande konfransa hazırlıq məqsədilə İslam Dövləti (İD) yaraqlıları ilə mübarizə aparan İraqa səfər edəcək.

ABŞ Dövlət katibi John Kerry isə sentyabrın 9-da Yaxın Şərqə yola düşüb. Məqsəd İD-ə qarşı koalisiya qurmaq üçün diplomatik fəaliyyətə başlamaqdır. Kerry İordaniyada olacaq, Səudiyyə Ərəbistanında görüşlər keçirəcək. İki gün ərzində keçiriləcək görüşlərdə İraq, İordaniya, Misir, Türkiyə və Körfəz Əməkdaşlıq Şurasının 6 üzvü qatılacaq.

Kerry-nin səfəri Prezident Barack Obama-nın sentyabrın 10-da (Bakı vaxtıyla sentyabrın 11-də səhər saat 6-da) gözlənən çıxışı ilə üst-üstə düşür. Obama İD-lə mübarizə strategiyasını açıqlayacağını bildirib

XS
SM
MD
LG