Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:46

Xırdalandakı partlayışa görə cinayət işi açıldı


Xırdalanda partlayış: Ölən və yaralananlar var
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Xırdalanda partlayış: Ölən və yaralananlar var

-

Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasındakı partlayışla bağlı cinayət işi açılıb.

Sentyabrın 9-da Fövqəladə Hallar Nazirliyi ilə Respublika Baş Prokurorluğunun birgə yaydığı açıqlamada belə deyilir.

Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eyni zamanda, hadisəni araşdırmaq məqsədilə prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparıldığı, o cümlədən müvafiq ekspertizalar təyin edildiyi bildirilir.

Açıqlamada o da deyilir ki, hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Sentyabrın 8-də partlayışdan sonra 8 nəfər dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi davam etdiyi, bir nəfər isə ambulator müayinədən sonra evə buraxıldığı bildirilir.

Açıqlamada deyilir ki, üç nəfərin - İfayət, Məharət və Aydan Abbasovların həyatını xilas etmək mümkün olmayıb. Partlayış nəticəsində ağır beton tavanların altında qalıblar. Xilasedicilər onların cəsədini çıxara bilib.

XS
SM
MD
LG