Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:20

Avropa Birliyi yeni sanksiyaları tətbiq etməyi bir neçə günlüyə təxirə salır


Avropa Birliyi Rusiyaya qarşı yeni sanskiyaları təsdiq edib. Ancaq onların qüvvəyə minməsini bir neçə günlüyə təxirə salıb. Həmin vaxtda Ukraynanın şərqində atəşkəs rejiminin necə işləməsini və sülh prosesini Avropa Birliyi qiymətləndirmək istəyir. Bunu Avropa Birliyi Şurasının sədri Herman Van Rompuy bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar bir neçə günə qüvvəyə minəcək.

Bundan əvvəl Avropa Birliyi bildirmişdi ki, Moskva atəşkəs rejiminə hörmət etsə və öz qoşunlarını Ukraynadan çıxartsa, Rusiyaya qarşı sanskiyalar dayandırılacaq.

XS
SM
MD
LG