Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:54

"Putinin düşüncə tərzi məni iyrəndirir"


Puşkin medalı

Holland tərcüməçi Rusiya prezidentinin əlindən mükafat almaqdan imtina etdi

-

Rus ədəbiyyatından tərcümələr etmiş Hans Bolland Puşkin mükafatını şəxsən Rusiya prezidentindən qəbul etmək istəməyib.

“Mükafatı qəbul etmək mənim üçün böyük şərəf olardı, amma düşüncə tərzindən iyrəndiyim Vladimir Putindən yox. O bizim planetdə azadlıq və sülh üçün böyük təhlükədir” – holland tərcüməçi bunu Kremldən gələn dəvətnaməyə cavab olaraq yazıb:

“Onun və mənim, onun və Puşkinin adları arasında hər hansı əlaqəni təsvvür etmək məndən ötrü qəbuledilməzdir”.

Bolland imtina ərizəsini Haaqadakı Rusiya səfirliyinə təqdim edib.

Bolland Hollandiyada rus ədəbiyyatının ən məşhur tərcüməçisi sayılır, 1992-96-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində təhsil alıb. Puşkin, Lermontov və başqa rus klassiklərindən tərcümələr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG