Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:52

-

Ukraynanın şərqində, silahlı münaqişə zonasında işləyən ATƏT müşahidəçiləri bildirir ki, hərbçilər və separatçılar arasında sentyabrın 7-nə keçən gecə qarşılıqlı minomyot atəşi atəşkəs razılaşmasının pozulmasıdır. Ancaq müşahidəçilər hesab edirlər ki, bu insident atəşkəs rejimindən imtinaya əsas ola bilməz.

Bu bəyanatla eyni vaxtda Donetsk aeroportuna nəzarət uğrunda toqquşmalar davam edib.

Qərb jurnalistlərinin Mariupoldan verdiyi xəbərə görə, bazar gününə keçən gecə baş verən atışmada şəhərin şərq ətrafında Ukrayna hərbçilərinin blokpostu dağıdılıb. Mariupolda yanğınlar qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG