Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:39

Ukraynada atəşkəs pozulur


Atəşkəsin pozulması ilə Mariupolda bir qadın həlak olub. Bunu Frans Pressin məlumatına görə, şəhər rəhbərliyi bildirir.

Bəyanatda deyilir ki, gecə şəhər ətrafında güclü atışma olub, rusiyapərəst yaraqlıların atəşi ilə 3 nəfər də yaralanıb.

Mariupol hökumət qoşunlarının nəzarətindədir. Atəşkəs ərəfəsi rusiyapərəst yaraqlılar şəhərə hücum edirdi.

Atəşkəs sentyabrın 5-də əldə olunub.

XS
SM
MD
LG