Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:22

NATO Latviyada təlim keçirir


Sentyabrın 6-da NATO Latviyada böyük hərbi təlim keçirib. Bununla da hərbi alyans Baltik üzvlərini Rusiya işğalından qoruyacağına dair verdiyi vədə əməl etdiyini göstərib.

Sentyabrın 5-də Latviyaya 500-ə yaxın paraşütçü, yüzlərlə zirehli maşın və təyyarə gəlib.

Bu təlim böhran vəziyyətində NATO əsgərləri və avadanlığının başqa bir ölkədə yerləşdirilməsini stimullaşdırır.

“Rusiya beynəlxalq hüququ vecinə almayıb və özünü işğalçı kimi aparıb,” Latviyanın Müdafiə naziri Raimonds Vejonis yerli LTV televiziyasına deyib.

Sentyabrın 2-dən 10-dək 9 ölkədən 2 min əsgər beş ölkədə – Almaniya, Estoniya, Latviya, Litva və Polşada təlim keçir.

NATO-nun Uels samitində çevik reaksiya qüvvəsinin yaradılması və Avropanın şərqində təlimlər aparılmasına dair razılığa gəlinib.

XS
SM
MD
LG