Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

«IREX» avadanlıq və sənədlərini geri istəyir


IREX
IREX

-

Sentyabrın 6-da «IREX Azərbaycan» bəyanat yayıb. Bəyanatda deyilir:

«Sentyabrın 5-də Baş Prokurorluq əməkdaşları bəyan etmədən IREX-in Bakı ofisinə gəlib.

Onlar özləri ilə Yasamal Məhkəməsinin orderini gətirib və bütün kompüterləri, digər avadanlığı və eləcə də sənədləri aparıblar.

IREX artıq məhkəməyə müraciət edib.

Qurum ümid edir ki, USAID-in maliyyələşdirdiyi, 2014-cü il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq.

IREX-in Azərbaycandakı bank hesabı bir sıra yerli və beynəlxalq QHT-lərə açılan «cinayət işi» ilə əlaqədar olaraq 2014-cü il iyulun 26-da dondurulub. IREX bu təhqiqatın ədalətli və sürətli tamamlanmasını gözləyir.

IREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir».

XS
SM
MD
LG