Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 11:52

Seymur Həzi ilə dalaşan şəxs də tutulub


Seymur Həzi

-

Həbsdə olan AXCP üzvü, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzinin döydüyü iddia edilən şəxs də saxlanıb.

Bu barədə Abşeron rayon Prokurorluğunun sentyabrın 6-da yaydığı məlumatda deyilir.

Məlumata əsasən, istintaq zamanı Məhərrəm Həsənov adlı Bakı sakininin də Seymur Həziyə qarşı zorakılıq etməsi ilə bağlı şübhələr ortaya çıxıb.

Məlumatda bildirilir ki, Seymur Həzi ilə mübahisə zamanı Məhərrəm Həsənov ona yumruqla zərbələr endirib və nəticədə Seymur bədən xəsarətləri alıb.

Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Seymur Həzi avqustun 29-da xuliqanlıq ittihamı ilə saxlanılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri qərarı verilib.

Onun vəkili Elton Quliyev AzadlıqRadiosuna bildirib ki, Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfərin ona yaxınlaşaraq «facebook»a yazdıqlarına niyə cavab vermədiyini soruşub və daha sonra onu vurmağa başlayıb. Vəkil deyir ki, bu zaman Seymur özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub.

AXCP Seymur Həzinin siyasi fəaliyyətinə görə təxribatla üzləşdiyini və həbs edildiyini bildirib.

XS
SM
MD
LG