Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

Ukrayna hökuməti ilə separatçılar atəşkəs razılaşması imzalayıb


Foto arxiv
Foto arxiv

Minskdə Ukrayna böhranı ilə bağlı aparılan danışıqlarda atəşkəs razılaşması imzalanıb.

İnterfaks agentliyinin məlumatına görə, Ukrayna hökuməti və separatçıların nümayəndələri arasında imzalanan razılaşma sentyabrın 5-i, Avropa vaxtı ilə axşam saat 17-00-da qüvvəyə minməlidir.

Məlumatı Ukrayna prezidenti Petro Poroshenko və ATƏT də təsdiqləyib.

Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə sənəd cümə günü Ukrayna vaxtı ilə 18-00-da imzalanıb.

14 bəndlik sənəddə monitoriq, əsirlərin dəyişdirilməsi və digər məsələlər yer alır.

AFP isə xəbər verir ki, Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, bu razılaşmanı Avropa Birliyi ilə ABŞ-da dəstəkləməlidir.

XS
SM
MD
LG