Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:00

Rusiya Ukraynadan şirniyyat idxalını dayandırır


-

Rusiya bildirir ki, Ukraynadan bütün şirniyyat məhsullarının idxalını dayandırır. Səbəb iki Ukrayna firması – Konti və AVK-nin istehlakçı hüquqlarına dair qanunu pozması göstərilir.

İstehlakçıların federal müdafiə agentliyi – Rospotrebnadzor bildirib ki, məhsulların etiketləri Rusiya qanunvericiliyinin tələblərinə uyğun gəlməyib.

Bu arada Avropa Birliyi və Birləşmiş Ştatlar Rusiyaya, Ukraynanın şərqinə müdaxiləyə görə yeni sanksiyalar elan edəcək.

Minskdə isə atəşkəs təklifi üzrə danışıqlar başlanır.

Kremlin tənqidçiləri deyir ki, Rusiya idxal qadağasından keçmişdə də geosiyasi alət kimi istifadə edib. 2008-ci il müharibəsindən qabaq Gürcüstandan şərab və suyu qadağan edir.

XS
SM
MD
LG