Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

Rasmussen NATO sammitində veriləcək qərarlardan danışır


Uelsdə sentybarın 4-də başlanan NATO sammiti ərəfəsi NATO-nun baş katibi Rasmussen deyib ki, Rusiya Ukraynaya hücum edir və Ukraynanın şərqində sabitliyi pozur.

Putinin atəşkəs və sülh planı haqda Rasmussen deyib ki, Ukraynada əsas məsələ Rusiyanın sözləri yox, əməlləridir.

Rasmussen deyib ki, sammitdə üzv ölkələr əks addımlar atmalıdırlar. Bunlara hazırlıq planı da daxildir. Həmin plana görə, alyans qoşunları NATO-nun şərq cinahında olan ölkələrdəki hərbi bazalarda rotasiya edəcək.

Rasmussen deyib ki, NATO liderləri Ukrayna prezidenti Poroshenko ilə görüşüb, birgə bəyanat da verəcək. NATO üzvü olmayan Ukrayna ilə əməkdaşlıqda konkret addımlar müəyyən olunacaq.

XS
SM
MD
LG