Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:11

Özbəkistanda yaraqlıların bayrağını asanı axtarırlar


İS-in bayrağı

-

Özbək polisi İslam Dövləti adlandıran yaraqlıların bayrağını paytaxt Daşkənddə asan adamı axtarır. Ondan çox adam istintaqa cəlb olunub.

AzadlıqRadiosunun özbək xidməti məlumat verir ki, avqustun 28-də yaraqlıların qara bayrağı Daşkəndin Yunus-Abad rayonunda asılıb. Ondan bir gün əvvəl ölkə Müstəqillik Gününü qeyd edib.

Bayraq gecədən səhərə qədər küçədə asılı qalıb, polis bunu yalnız səhər aşkar edib.

Polis küçə təmizləyicilərini, yaxınlıqdakı bazarda işləyən satıcıları, taksi sürücülərini, ərazidəki İslam qız məktəbinin tələbələrini sorğu-suala çəkib.

Suriyada və İraqda döyüşən İslam Dövlətinin yaraqlıları arasında özbəklər də var.

XS
SM
MD
LG