Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 02:11

Poroshenko Putin-lə atəşkəs razılığı əldə etdiyini bildirir


Ukrayna prezidenti Petro Poroshenkonun ofisi bildirib ki, sentybarın 3-də Poroshenko və Rusiya prezidenti Putin Şərqi Ukraynada “daimi atəşkəs” razılığına gəliblər. Aprel ayından bəri Ukraya ordusu ilə rusiyapərəst yaraqlıların döyüşlərində 2600-dən çox adam ölüb.

Poroshenkonun mətbuat xidmətinin bəyanatı prezidentin saytında dərc olunub. Bəyanatda deyilir ki, atəşkəs razılaşması Putinlə telefon danışığında əldə olunub.

Bəynata görə, Putinlə Poroshenkonun telefon danışığının “nəticəsi Donbasda daimi atəşkəs razılaşması olub.”

Bəyanatda deyilir ki, sülhü tezləşdirmək addımları ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.

Bundan bir az əvvəl eyni telefon danışığı haqda Putinin sözçüsü Peskov Rusiya mediasına məlumat vermişdi. Ancaq o, atəşkəs razılığının əldə olunması haqda heç nə demirdi.

XS
SM
MD
LG