Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 15:14

Növbəti həftələrdə Azərbaycana «quş qripi» qayıda bilər


Azərbaycanda «quş qripi» virusuna yoluxan bir neçə nəfər dünyasını dəyişib
Azərbaycanda «quş qripi» virusuna yoluxan bir neçə nəfər dünyasını dəyişib

Azərbaycandakı quşlarda qrip xəstəliyini müəyyənləşdirmək məqsədilə aparılmış monitorinqin nəticələri gələn bazar ertəsi açıqlanacaq. Müayinələr başa çatmaqdadır. Monitorinqi Dövlət Baytarlıq Xidməti (DBX) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə aparıb.


DBX-nin Mətbuat Xidmətinin əməkdaşı Yolçu Xanvəlinin sözlərinə görə, ötən müayinə zamanı Azərbaycanda istər ev, istərsə də çöl quşlarında «quş qripi» aşkarlanmasa da, mütəxəssislər növbəti həftələrdə ölkədə xəstəlik təhlükəsinin artacağını düşünürlər: «Rusiya və Qazaxıstanda quşlarda həmin virus tapıldıqdan sonra bu ehtimal bir az da güclənir. Adətən oktyabrın əvvəllərində quşların miqrasiyası kütləviləşir. Havalar tez soyusa, köç bir o qədər sürətlənir. «Quş qripi»nin daşıyıcısı olan köçəri quşlar Azərbaycandan da keçirlər».


Cənab Xanvəli deyir ki, bu məqsədlə bölgələrdə maarifləndirmə işlərini artırıblar. Xəstəliklə mübarizə aparmaq və onun əlamətləri haqda bilikləri artırmaq üçün 20 adda plakat və kitabaçalar hazırlanıb, yerli mütəxəssislərə seminarlar keçirilir.


Bu ilin fevralında Azərbaycandakı köçəri quşlarda «quş qripi» virusu aşkarlanmış və bir neçə nəfər bu xəstəliyə yoluxduğundan dünyasını dəyişmişdi.


XS
SM
MD
LG