Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Putin Monqolustana gedir


Tsakhiagiin Elbegdorj və Vladimir Putin
Tsakhiagiin Elbegdorj və Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana gedəcək.

Onun səfərinin məqsədi bu ölkə ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsidir.

Onun prezident Tsakhiagiin Elbegdorj-la görüşü gözlənir.

Kreml rəsmisi Yury Ushakov deyib ki, Rusiya Çindən sonra Monqolustanın ikinci böyük ticarət tərəfdaşıdır. Amma o əlavə edib ki, ikitərəfli ticarət ötən il 16 faiz, bu ilin birinci yarısında 13 faiz düşüb.

Ushakov-un bildirdiyinə görə, Putin-in Monqolustana səfəri zamanı 13 sənədini imzalanması gözlənir.

Rusiya nümayəndə heyətinə bir neçə nazir, o cümlədən, xarici işlər və enerji nazirləri daxildir.

XS
SM
MD
LG