Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:37

R. Musabəyov: «Azərbaycana səfərlə Erdoğan dünyaya bir mesaj verir»


Rasim Musabəyov
Rasim Musabəyov

-

Sentyabrın 2-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana gələcəyi bildirilir. Bu, prezident seçildikdən sonra Erdoğanın Azərbaycana birinci səfəridir. Onun Azərbaycana prezident İlham Əliyevin dəvəti ilə gəldiyi deyilir.

Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə, Erdoğan postsovet məkanında vəziyyətin gərginləşdiyi bir vaxtda Azərbaycana səfər edir. «Sözsüz ki, hər iki dövlət başçısı bu mühüm məsələyə diqqət çəkəcəklər» deyə politoloq bildirir. Ancaq təbii ki, müzakirə ediləcək tək məsələ bu deyil.

- Bu səfərlə Erdoğan dünyaya da, hər iki ölkəyə də bir mesaj verir: «Türkiyə üçün ən başlıca müttəfiq, partnyor Azərbaycandır». İki ölkə arasındakı dialoq hər zaman davam edib, Türkiyənin, Azərbaycanın birinci şəxsləri ildə 4-5 dəfə görüşürlər. Nəzər alaq ki, bizim çoxşaxəli münasibətlərimiz var və həmişə nəyisə, xüsusən də yeni layihələri, onlarla bağlı problemləri müzakirə etməyə ehtiyac yaranır. Məsələn, gündəlikdə TAP kimi böyük layihə var. Eyni zamanda, Bakı-Tbilisi-Qars layihəsi tamamlanmaqdadır. Bunlar strateji əhəmiyyətli layihələrdir. Eləcə də Azərbaycanın Türkiyədə böyük investisiya layihələri gerçəkləşməkdədir. Ancaq ən önəmlisi odur ki, bu gün postsovet məkanında durum Rusiyanın davranışı sayəsində gərginləşir. Təbii ki, bu məsələni müzakirə etmək vacibdir və o diqqətdən qıraqda qala bilməz.

- Sizcə, bu məsələdə hər iki dövlətin mövqeyi necə olacaq?

- Azərbaycan Ukraynanın suverenliyini tanıyır. Amma bu məsələdə riskləri də ölçüb-biçmək, Türkiyə və Azərbaycanın maraqlarının zərbə altında qalmaması üçün siyasi xətti də müəyyənləşdirmək lazımdır.

- Bu arada mətbuat yazır ki, İlham Əliyev Erdoğanın istəyilə son bir neçə ayda Fətullah Gülənin Azərbaycandakı nurçu şəbəkəsini zəiflədib. Və bu məsələ yenidən danışıqların predmeti ola bilər.

- Bayaq sadaladığım kimi iki dövlət başçısının müzakirə edəcəyi xeyli mühüm məsələlər var. Fətullah Gülənin məktəblərinin burda bağlanması haqda deyilənlərsə heç ikinci yox, üçüncü dərəcəli məsələ də deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG