Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 09:16

Azərbaycan İsraildən sahil-keşik katerləri alıb


İsrailin “Haaretz” qəzeti Azərbaycan prezidentinin internet saytına əsasən yazır ki, Bakı İsraildən 12 dəst sahil-keşikçi kateri alıb.

Eurasia.net saytının yazıdğına görə isə İsraildən alınan katerlərin sayı 21-dir.

Qəzet yazır ki, müdafiə və kəşfiyyat materialları əsasında analitik materiallar dərc edən Jane's Intelligence Review məcmuəsi daha təfərrüatlı məlumat verib.

Məlumatda deyilir ki, katerlərin 6 dəsti Shaldag Mk V patrul gəmiləri, 6 dəsti də Saar 62 sahil keşikçi qayıqlarıdır.

Eurasianet yazır ki, Azərbaycan İsraildən daha ağır silahlanmış “Saar 72 corvette” katerləri də almaq niyyətindədir.

2012-ci ildə İsrail Azərbaycanla silah satışına dair 1, 6 milyard dollarlıq müqavilə imzalayıb.

Ötən il İran Azərbaycanın gəmilərə qarşı işlədilən Gabriel-5 raketlərini almasına narazılığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG