Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:41

Əsgər Anaları Komitəsinin ehtimalına görə, Rusiya Ukraynaya 15 min hərbçi göndərib


Ukraynaya son 2 ayda 15 minə qədər hərbçi göndərilib. Onlardan ən azı bir neçə yüzü çox güman ki, həlak olub.

Bunu Rusiyanın Əsgər Anaları Komitəsinin sədri Valentina Melnikova Frans Press Agentliyinə deyib.

Melnikovanın fikrincə, hazırda Ukraynada 7-8 min Rusiya əsgəri var.

Melnikova deyir ki, bunlar onun ehtimalıdır. Ancaq bu ehtimal onun əsgər anaları, hərbçilərin həyat yoldaşları ilə söhbətlərinə əsaslanır.

Melnikova hesab edir ki, hərbi komandanlar məxfi xüsusi əməliyyat keçirirlər.

Melnikova Rusiya Müdafiə nazirliyinin ictimai şurasının üzvüdür.

XS
SM
MD
LG