Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 00:55

ABŞ-ın Türkiyədəki təmsilçisi xarici işlər nazirliyinə çağırılıb və izahat istənilib


ABŞ-ın Türkiyədəki müvəqqəti işlər üzrə təmsilçisi Türkiyənin xarici işlər nazirliyinə çağırılıb və ondan izahat istənilib. Izahata səbəb Almaniyanın Spiegel jurnalında avqustun 31-də çıxan məqalədir. Orda deyilir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) və Brutaniyanın GCHQ agentliyi Türkiyəyəyə qarşı geniş miqyaslı casusluq edir.

Türkiyənin baş nazirinin müavini Bulent Arinc deyib ki. məqalədə ABŞ-ın adı çəkildiyinə görə, bu barədə ABŞ təmsilçisindən izahat alınıb.

Bir həftə əvvəl eyni jurnal yazırdı ki, Almaniyanın BND agentliyi Türkiyəyə göz qoyur. Bu, Ankaranın böyük qəzəbini doğurmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG