Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:31

Jurnalisti aeroportda saxladılar


Foto: Arxiv

-

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Əbülfət Namazovun ölkədən çıxmasına icazə verilməyib.

Bu haqda AzadlıqRadiosuna qurumun sədr müavini Günay İsmayılova bildirib.

Onun dediyinə görə, Ə.Namazov Birləşmiş Ştatlara jurnalistika ilə bağlı tədbirə qatılmaq üçün gedirmiş. Amma o, RATİ sədri Emin Hüseynovun cinayət işində şahid kimi dindirildiyinə görə aeroportda saxlanıb və ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.

XS
SM
MD
LG