Somalinin paytaxtı Moqadişoda kəşfiyyat xidmətinin qərargahına avqustun 31-də hücumda azı 15 adam ölüb.
Təhlükəsizlik rəsmisi Mohammed Hassan DPA agentliyinə deyib ki, 8 nəfər qərargahın qabağında maşını partladıb və bundan sonra atışma başlanıb.
Əl Qaida ilə əlaqəli olan al-Shabaab qrupunun yüksək rütbəli üzvü Abu Abdalla deyib ki, onların məqsədi “Somalinin milli təhlükəsizlik üzvlərinin işgəncə verdiyi günahsız müsəlmanları azad etmək olub.”
Kəşfiyyat binasında Somalinin siyasi məhbusları da saxlanır.
Al-Shabaab qrupunun məqsədi Somalidə islam dövləti yaratmaqdır.