Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:42

Ukrayna tutduğu 10 rus hərbçisini Moskvaya təhvil verdi


Avqustun 31-də səhər saatlarında Ukrayna Donbasda tutulan 10 Rusiya hərbçisini Moskvaya qaytarıb.

Bunu Qərb agentlikləri Rusiya mediasına istinadla xəbər verir.

Frans Press agentliyinin məlumatına görə, Rusiya bunun əvəzində Rusiyaya keçmiş 63 Ukrnaya hərbçilərindən bəzilərini geri qaytarıb. Agentlik dəqiq say göstərmir.

Həmin 63 Ukrayna hərbçisi ötən çərşənbə günü Rusiya ərazisinə keçənlərdir.

Rusiyalı general-mayor Alexei Ragoziun deyib ki, “danışıqlar asan olmayıb.”

Avqustun 25-də Donbasda tutulan rusiyalı hərbçilər Rusiyanın 98-ci hava-desant diviziyasında qulluq edir. Rusiya onların sərhəddi təsadüfən keçdiyini iddia edir.

Ukrayna təhlükəsizlik qüvvələrinin keçirdiyi mətbuat konfransında rusiyalı desantçılar deyiblər ki, onlar Ukrayna ərazisinə gətirilmələrindən xəbərszi olublar və Ukrayna ordusu ilə vuruşmaq fikirində olmayıblar. Rusiyalı hərbçilərin dediyinə görə, onların gedəcəyi marşrut yalnız zabitlərə məlum olub.

Ukraynanın bildirdiyinə görə, Ukrayna ərazisində rusiyalı hərbçilər vuruşur. NATO-nun məlumatına görə, belə hərbçilərin sayı azı 1000 nəfərdir.

XS
SM
MD
LG