Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:34

Pentaqon rəhbəri Tbilisiyə və Ankaraya gəlir


Penqaqon rəhbəri Gürcüstana və Türkiyəyə gəlir.

Penqaon elan edib ki, ABŞ Müdafiə naziri Chuck Hagel gələn həftə Uelsdə NATO sammitindən sonra Tbilisiyə gedəcək.

Sentyabrın 3-də 6 günlük səfərə yola düşən Hagel Uelsdə NATO sammitində Ukrnaya və Yaxın Şərq böhranlarını müzakirə edəcək. Sammitdə NATO-nun gücləndiriıməsi də müzakirə mövzusu olacaq.

Pentaqonun sözçüsü John Kirby deyib ki, Hagel Tbilisidə “Rusiyanın Ukraynadakı hərəkətlərindən ümumi narahatlığı bölüşən ölkə” ilə - Gürcüstanla vəziyyəti müzakirə edəcək.

Hagel Tbilisidən sonra Türkiyəyə gedəcək. Bu, Hagelin Türkiyəyə ilk səfəridir.

Pentaqon sözçüsü deyib ki, ”Türkiyə mühüm tərəfdaşdır, Suriya və İraqla sərhəddir və İraq İslam Dövləti təşkilatının regiona təhlükəsi haqda bizim dərin narahatlığımızı bğlüşür”.

XS
SM
MD
LG