Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 16:15

Brad Pitt və Angeline Jolie rəsmən evləndi


Məşhur Hollivud ulduzları Angeline Jolie və Brad Pitt Fransada yalnız ailə üzvlərinin və dostlarının iştirak etdiyi özəl mərasimdə rəsmən evləniblər.

Bu barədə məlumatı avqustun 28-də veriblər, ancaq həmin nikah mərasimi Provansda avqustun 23-də olub.

Jolie və Pittin 6 uşağı var. Onlardan 3-ü onların öz doğma uşağıdır, 3-ü isə övladlığa götürülüb.

Jolie və Pitt 2005-ci ildə “Mister və Miss Smith” filminin çəkilişində tanış olublar. O vaxtdan birlikdədirlər.

Jolie və Pitt xeyriyyə işlərti ilə də məşhurdurlar. Jolie qaçqınlar üzrə BMT-nin xüsusi səfiridir.

Pitt bir sıra xeyriyyə fondlarının üzvüdür.

XS
SM
MD
LG